08.11.2025

Zəfər Gününü birlikdə qeyd etdik.

Tarixi Qələbəyə həsr olunmuş tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, şəhid və qazilərin ailə üzvləri, idarə və sektor əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
 

Tədbir qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 

Çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan Böyük Zəfərin - 30 ilə yaxın bir müddətdə işğal altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd ediblər. Qəhrəman oğullarımızın göstərdikləri igidlik və şücaətindən, şəhidlərimizin unudulmaz xatirəsindən, xalqımızın birlik və həmrəyliyindən söhbət açıblar. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və kaputilyasiya aktını imzaladı. Bir ay sonra - dekabrın 10-da isə Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan möhtəşəm qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da, Azərbaycan XXI əsrdə ilk Zəfər paradı keçirən dövlət kimi dünya tarixinə düşdü.
 

Tədbir şagirdlərin və balaca fidanların bir-birindən maraqlı və rəngarəng ədəbi-bədii kompozisiyaları ilə yekunlaşıb.
 

Zəfər Günümüz mübarək! 
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ZəfərGünü