31.10.2025

“Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsi başa çatıb.

9 yanvar – 12 may 2025-ci il tarixləri aralığında “Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsi keçirilib.
 

Müsabiqəyə 3 ölkə – Rusiya, Azərbaycan və Çin tərəfindən ümumilikdə 120 iş təqdim olunub. Ümumtəhsil məktəblərinin müxtəlif yaş qruplarını əhatə edən şagirdlər müsabiqədə fəal iştirak ediblər.
 

Masallı rayonu Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IV sinif şagirdi Ramazanlı Mədinə Nicat qızı müsabiqə üzrə ən yüksək nailiyyət göstərərək “Gran Prix” mükafatına layiq görülüb.
 

Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Hünbətova Aytac Valeh qızı və Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Ağazadə Mirməmməd Rahib oğlu isə II dərəcəli diplomla təltif olunublar.
 

TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi) müsabiqəsinin məqsədi məktəblilər və müəllim heyəti arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması, eləcə də peşə yönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir.
 

Müsabiqədə iştirak edən şagirdlərin müəllimlərinə təşəkkürnamələr təqdim olunub.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #KubokTRİZ


Açar sözlər: ,