27.10.2025

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Uşaqların Müdafiəsi İdarəsinin (UMİ) əməkdaşları və onların fəaliyyət göstərdiyi Cəlilabad, Lənkəran və Masallı məktəblərinin rəhbər heyəti iştirak edib.
 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışı zamanı təhsil müəssisələrinin direktor və müavinlərinin UMİ-nin əməkdaşları ilə səmərəli kommunikasiya qurması, iş proseslərinin düzgün təşkili və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərini xüsusi vurğulayıb. O, UMİ əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib və faydalı işlərində uğurlar arzulayıb.
 

Görüşdə baş vermiş hallar üzrə təcrübə və nümunə əsaslı analizlər aparılıb və müzakirələr edilib. Əsas məqsəd şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, onların sosial və psixoloji rifahına dəstək göstərilməsi, sağlam mühitin yaradılması, həmçinin məktəb-valideyn-şagird münasibətlərinin möhkəmləndirilməsi olub.
 

Qeyd edək ki, idarənin əməkdaşları tərəfindən şagirdlərin təhsil mühitində özlərini rahat və güvənli hiss etmələri üçün zəruri tədbirlər görülür, onların üzləşə biləcəkləri çətinliklərə çevik reaksiya verilir və hərtərəfli inkişaflarına dəstək göstərilir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #UşaqlarınMüdafiəsiİdarəsi #görüş #tədbir