23.10.2025

Regionumuzda fəaliyyət göstərən bütün direktor və direktor müavinləri ilə keçirilən görüşlər yekunlaşdı.

Analoji görüşlərdən sonuncuları Astara və Lənkəranda 20-23 oktyabr tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində məktəb liqaları çərçivəsində və liqadan kənar fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktor və direktor müavinlərinin iştirakı ilə keçirilib.
 

Görüşlərdə idarə müdiri Bəhruz Mehdiyev çıxış edərək idarəetmə və tədris prosesinin keyfiyyətinin artırılması ilə bağlı tövsiyə və tapşırıqlar verib. 2024-2025-ci tədris ilinin nəticələri təhlil edilərək müzakirə olunub, mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, yeni strategiyalar və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Görüş


Açar sözlər: