Çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev diqqətə çatdırıblar ki, tədbirin keçirilməsində məqsəd ümumtəhsil müəssisələrində sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, narkomaniya və erkən nikah hallarına qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasıdır. Gələcəyimizin sağlam təməllər üzərində qurulmasının təmin olunması, təhsilli, vətənpərvər və zərərli vərdişlərdən uzaq nəslin yetişməsi baxımından bu cür maarifləndirici görüşlər xüsusi əhəmiyyətə malikdir. Görüşdə hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən qətiyyətli tədbirlər, erkən nikahların səbəb olduğu ağır nəticələr, bu kimi neqativ hallara qarşı görülən işlər barədə dolğun məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #DaxiliİşlərNazirliyi #MÜTDA #narkomaniya #erkənnikah #tədbir