Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb, Dövlət Himni səsləndirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tədbirdə tarixi ardıcıllıqla dolğun məzmunlu çıxış edərək 18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. Bildirib ki, bu mühüm sənəd əsrlərlə azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqının milli iradəsinin təntənəsi idi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın siyasi, iqtisadi və hərbi gücü daha da artıb, xalqımız qalib və müstəqil dövlətin vətəndaşı kimi fəxrlə yaşayır. O, müstəqilliyimizin əhəmiyyətindən, onu qoruyub yaşatmağın vacibliyindən danışıb.
Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #18oktyabr #MüstəqilliyinBərpasıGünü