22.05.2025

PISA 2025 Beynəlxalq Qiymətləndirməsi yekunlaşdı.

Qiymətləndirmə 12-22 may tarixlərini əhatə etməklə 8 gün ərzində mərkəzləşmiş qaydada həyata keçirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 6 rayon (şəhər) üzrə 22 təhsil müəssisəsinin 535 nəfər şagirdi qiymətləndirməyə cəlb edilib. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.
 

Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #PISA2025