21.05.2025

"Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda məktəblilərlə görüş keçirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır!" mövzusunda rayon məktəbliləri ilə görüş keçirilib.
 

Lənkəran Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Azər Cahangirov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Quliyev və digər aidiyyəti qurumların nümayəndələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllim-şagird heyəti iştirak ediblər.
 

Çıxış edənlər sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin mühüm yer tutduğunu bildiriblər. Qeyd olunub ki, bu istiqamətdə ən effektiv addımlardan biri preventiv tədbirlərin görülməsi və maarifləndirmə işinin gücləndirilməsidir.
 

Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli mübarizə tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verilib.

Tədbirin sonunda müzakirə edilən mövzu ilə bağlı videoçarx nümayiş olunub.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #LənkəranŞİH #LənkəranŞRPŞ #LənkəranAstaraGİİ #narkomaniya #görüş