Lənkəran rayon Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının yekununda Lerik rayonunu təmsil edən komanda zona mərhələsinin qalibi olub. Qalib komanda bu ilin avqust ayında Bakı şəhərində keçiriləcək breyn-rinq yarışında iştirak edəcək. Yarış İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Çempionatın sonunda qalib komandaya medallar və kubok təqdim olunub.
Qeyd edək ki, çempionatın əsas məqsədi şagirdlərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, analitik təfəkkürə malik, müxtəlif sahələrdə bilikləri ilə fərqlənən gəncləri aşkar etmək və onların potensialının üzə çıxarılmasına şərait yaratmaqdır. Eyni zamanda, ölkənin müxtəlif bölgələrindən olan ən güclü məktəb komandalarının müəyyənləşdirilməsi və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi də çempionatın əsas hədəflərindəndir.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #KonstitusiyavəSuverenlikİli #İntellektualMəktəbÇempionatı #Zonamərhələsi