Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 62 mərkəzdə baş tutan monitorinqdə 11 min nəfərdən çox şagird iştirak edib.
Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılır. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
#LənkəranAstaraRTİ #ETN #MÜTDA #ARTİ #EduAz #ÜmumiTəhsil #Monitorinq #VISinifMonitorinq