17.05.2025

Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.
 

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
 

Qeyd edək ki, 17-18 may tarixlərində baş tutacaq monitorinqlərdə 310 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.
 

#LənkəranAstaraRTİ #ETN #MÜTDA #ARTİ #EduAz #ÜmumiTəhsil #Monitorinq #IVSinifMonitorinq


Açar sözlər: