Lənkəran STEAM Mərkəzində hazırlıq keçən "Code CRAFTERS" komandası "FIRST LEGO League Challenge" respublika turnirində İnnovativ Layihə nominasiyası üzrə 3-cü yerə layiq görülərək kubokla təltif olunub.
Komanda üzvləri:
♦ Ağayev Tofiq Mircəfər oğlu (Lənkəran rayonu Haftoni qəsəbə tam orta ümumtəhsil məktəbi)
♦ Camalov Əli Qafur oğlu (Lənkəran şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbi)
♦ Mirzəzadə Səxavət Teymur oğlu (Lənkəran şəhəri 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey)
♦ Əlizadə Valeh Murad oğlu (Lənkəran şəhəri 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey)
Komandanın mentoru Sevinc Mirzəyevanı və üzvlərini təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Turnirin əsas məqsədi məktəblilərin elm, texnologiya və mühəndislik sahələrinə marağını artırmaq, onların analitik düşünmə, problem həlletmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.