13.05.2025

PISA 2025 Beynəlxalq Qiymətləndirməsinə start verildi.

Qiymətləndirmənin ilk mərhələsində Masallı, Lerik və Yardımlı rayon məktəblərində təhsil alan şagirdlər iştirak ediblər. İmtahan mərkəzi olaraq Lənkəran şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbi seçilib.
 

12 və 13 may tarixlərində ümumilikdə 108 nəfər şagird qiymətləndirməyə cəlb edilib. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.
 

Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçməyi hədəfləyir.
 

#LənkəranAstaraRTİ #MÜTDA #Eduaz #PISA2025


Açar sözlər: