Bu il sertifikasiya imtahanlarına cəlb olunacaq Lənkəran rayonunun ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesi ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri səlahiyyətlərini icra edən Tofiq Əsgərov və imtahanlarda iştirak edəcək müəllimlər iştirak ediblər.
Tədbir zamanı sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu ətrafında geniş müzakirələr aparılıb.
Təhsilverənlərə bu prosesin onların karyera inkişafına və gələcəkdə həyata keçiriləcək əməkhaqqının stimullaşdırılması tədbirlərinə təsiri barədə ətraflı məlumat verilib.
Görüşün sonunda müəllimlərin sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #LənkəranRayonuÜzrəTəhsilSektoru #görüş #sertifikatlaşdırılma