Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev rayonlar üzrə təhsil sektorlarının və bir qrup təhsil müəssisələrinin rəhbərləri görüşüb.
Görüşdə ötən 3 il ərzində ümumi təhsil məktəblərində aparılmış keyfiyyət monitorinqlərinin icmalı nümayiş etidirilib və icmalda qeyd olunan göstəricilər əsasında müzakirə aparılıb. Həmçinin "Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilmə çərçivəsi" iştirakçıların diqqətinə çatdrılıb, çərçivə sənədində qeyd olunan sahələr və meyarlar barədə məlumat verilib.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Görüş #KeyfiyyətMonitorinqi #ÇərçivəSənədi