Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanmış şagirdlər, onların fənn müəllimləri və məktəb direktorları ilə görüşüb.
Görüşdə fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanmış şagirdlərin rayonlar, fənlər və yaş qrupları üzrə göstəriciləri müzakirə olunub. Həmçinin şagirdlərin final turuna hazırlığı istiqamətində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən görüləcək əlavə dəstək tədbirləri barədə qarşılıqlı müzakirələr və planlaşdırmalar aparılıb.