24.01.2025

Yanvar ayında Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində rəqəmsal qaydada böyük summativ qiymətləndirmələr keçirilib.

#RəqəmsalBacarıqlar layihəsi tətbiq olunan bütün ümumi təhsil müəssisələrində böyük summativ qiymətləndirmələr V-VI siniflərdə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə "Virtual Məktəb" platforması üzərindən keçirilib.

 

Summativ qiymətləndirmələrin rəqəmsal keçirilməsinin məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasıdır.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #BSQ #VirtualMəktəb #qiymətləndirmə


Açar sözlər: ,