Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanı həyata keçirilib.
Ümumi orta təhsil səviyyəsi üzrə 148, tam orta təhsil səviyyəsi üzrə isə 365 nəfər olmaqla ümumillikdə 513 nəfər imtahanda iştirak üçün qeydiyyatdan keçmişdi.
Qeyd edək ki, eksternat təhsilalma formasının əsas məqsədi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini tamamlaya bilməyən şəxslərə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi (attestat) əldə etmək imkanı yaratmaqdır.
Eksternat imtahanlarında uğur qazanan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan buraxılış imtahanlarında iştirak edərək ümumi orta və ya tam orta təhsil haqqında attestat əldə etmək hüququ qazanırlar.