23.01.2025

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə yekun qiymətləndirmə keçirilib.

Qiymətləndirmə IX-X sinif şagirdləri arasında səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirən layihə çərçivəsində reallaşdırılıb.

 

22-23 yanvar tarixlərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə aparılıb və növbəti mərhələdə analoji proses təbiət fənləri üzrə olacaq. Sözügedən layihə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 34 ümumi təhsil müəssisəsini əhatə edir.

 

Layihənin əsas məqsədi şagirdlərdə səriştəəsaslı tapşırıqların həlli bacarıqlarını inkişaf etdirmək, zehni fəaliyyətin təhlil olunması, biliklərin müxtəlif sahələrə inteqrasiyası və yeni tətbiqi yollarının tapılmasından ibarətdir.

 

#LənkəranAstaraRTİ #EduAz #ARTİ #MÜTDA #layihə #qiymətləndirmə

 


Açar sözlər: