18.01.2025

Şagirdlərimizin komandasından 2 şad xəbər!

 “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə robot texnologiyaları və mühəndislik sahəsinin atası sayılan Joseph Engelbergerin 100 illik yubileyinə həsr edilmiş “VEX Robotics” yarışlarının “VEX IQ” kateqoriyası üzrə “JosephCUP 2025” adlı Respublika turniri baş tutub.

 

Tədbirdə Azərbaycanın 19 fərqli regionundan 50-dən çox komanda iştirak edib, ümumilikdə 300-dən çox şagird mübarizə aparıb. İştirak edən komandalar təhsil aldıqları məktəbləri təmsil edərək həm fərdi bacarıqlarını nümayiş etdirib, həm də komanda ruhunu ön plana çıxarıb.

 

Yarışda Lənkəran STEAM Mərkəzində hazırlaşan Lənkəran şəhər 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin şagirdlərindən ibarət “URP” komandası

2-ci yeri və “Excellence” kubokunu qazanıb.

 

Komanda üzvləri:

► Camalov Musa Zaur oğlu

► Camalova Banu Zaur qızı

► Əliyev Ülvi Vüsal oğlu

► Ramazanzadə Rəşid Rəşad oğlu

Mentor: Ağayeva Raya Teyyub qızı (LSM-nin koordinatoru, Lənkəran rayon Haftoni qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi)

 

Turnir beynəlxalq "VEX Robotics" yarışının standartlarına uyğun olaraq təşkil olunub və “VEX IQ” kateqoriyası üzrə müxtəlif tapşırıqları və robotların proqramlaşdırılmasını əhatə edib. Şagirdlər əvvəlcədən hazırlanmış robotları ilə xüsusi tapşırıqları yerinə yetirərək həm texniki biliklərini, həm də strateji düşüncə qabiliyyətlərini nümayiş etdirib.

 

Müsabiqə zamanı iştirakçılar həm yarış meydanında tapşırıqlar yerinə yetirib, həm də robotlarının dizaynı, mühəndislik prosesləri və proqramlaşdırma bacarıqlarını münsiflər heyətinə təqdim edib. Bu yanaşma yarışın yalnız texniki deyil, həm də yaradıcı və analitik tərəflərə diqqət yetirildiyini göstərir.

 

Turnirin əsas məqsədi Azərbaycan gənclərinin mühəndislik, robot texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #STEAMAzərbaycan #LənkəranSTEAMMərkəzi #URP #ExcellenceAward


Açar sözlər: