Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Tədbirlər Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Masallı, Cəlilabad, Lerik, Astara, Lənkəran və Yardımlıda keçirilən tədbirlər çərçivəsində xalqımızın tarixinə faciə və qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar hadisələri ilə əlaqədar xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, sənədli film nümayişləri və digər maarifləndirici fəaliyyətlər təşkil olunub.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #20yanvar #ÜmumxalqHüznGünü