Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbər heyəti, idarənin tabeliyində olan rayonlar üzrə təhsil sektorlarının müdirləri və müvafiq əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev görüş zamanı məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, qida təhlükəsizliyi, vahid menyunun tətbiqi, sanitar təhlükəsizliyin təmin edilməsi, kargüzarlıq işlərinin aparılması qaydaları, maddi-texniki bazanın mövcud vəziyyəti və müəssisə rəhbərlərinin fəaliyyəti ilə bağlı vacib məsələlərdən danışıb.
Həmçinin görüşdə məktəbəqədər təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər, keçirilən monitorinqlərin nəticələrinin təhlili və qarşıda duran hədəflər müzakirə olunub, suallar ətraflı cavablandırılıb.