Olimpiadada Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumillikdə 4518 nəfər şagird 12 mərkəzdə biliyini sınayıb.
Respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin IX-XI sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənləri üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən yarışdır.
Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə müvafiq fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.