Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Astara rayonunda Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlərlə görüş keçirib.
Görüş zamanı IX sinif şagirdlərinin ötən tədris ili üzrə buraxılış imtahanı və monitorinq nəticələri müzakirə edilib, tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.