04.12.2024

“Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda silsilə tədbirlər keçirilib. 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrin rəhbərləri ilə korrupsiyaya qarşı mübarizə və təhsilverənlərin etik davranış qaydaları üzrə maarifləndirici görüş keçirilib.

 

Yardımlı, Masallı, Astara, Cəlilabad, Lerik və Lənkəran rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022−2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İş Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda tədbir keçirilib. 

 

Tədbir zamanı korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat verilib. Korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlar haqqında söhbət aparılıb.

Tədbirdə həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları” və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə kollegiya qərarından irəli gələn məsələlər müzakirə edilib. 

 

Tədbirin sonunda görüş iştirakçılarını maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #KorrupsiyayaQarşıMübarizə #EtikDavranışQaydaları #LartiKorrupsiyayaQarşıMübarizə #görüş #tədbir


Açar sözlər: