Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə keçirilən görüşdə beynəlxalq və respublika fənn olimpiadalarına, layihə müsabiqələrinə şagirdlərin cəlb olunması və yüksək nəticə göstərmələri üçün müvafiq işlərin aparılması, tədrisin keyfiyyətinin artırılması və düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunması və qarşıda duran hədəflər müzakirə olunub.
Görüşdə təkliflər dinlənilib, müəyyən tapşırıq və tövsiyələr verilib, suallara aydınlıq gətirilib.