Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan rayonlar üzrə ümumi təhsil müəssisələrində VIII və IX siniflərdə reproduktiv sağlamlıq məşğələlərinin düzgün şəkildə tədrisi, məktəbdə sağlam və təhlükəsiz mühitin formalaşması, şagirdlərin sağlam həyat tərzi və məsuliyyətli davranışlar barədə məlumatlanması istiqamətində görüşlər keçirilib.
Qeyd etmək istərdik ki, idarənin tabeliyində olan 250 ümumi təhsil müəssisəsində ümumilikdə 15.000 nəfər VIII və IX sinif şagirdlərinə reproduktiv sağlamlıq mövzusunda məşğələlər tədris olunur.