23.11.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən SİM platforması vasitəsilə onlayn olaraq məktəb idarəçilərinin hazırlanması prosesinə start verilib.

16 oktyabr 2024-cü il tarixində elan olunmuş Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində olan vakant tədris işləri üzrə direktor müavinlərinin müsabiqəsində iştirak edən namizədlər üçün 21 noyabr 2024-cü il tarixindən etibarən SİM platforması üzərindən onlayn hazırlıq proqramının həyata keçirilməsinə başlanılıb.

 

İlk olaraq iştirakçıların qeydiyyatı aparılıb, sistemə daxil olmaq üçün giriş imkanı yaradılıb və SİM platfomasından istifadə ilə bağlı onlayn təlimatlandırma işləri həyata keçirilib. Hazırlıq prosesi 3 ay davam edəcək. Bu müddət ərzində iştirakçılar elan edilmiş proqram üzrə mövzuları əhatə edən kurslarda və müvafiq qiymətləndirmələrdə iştirak edəcəklər.

 

Qeyd edək ki, ilkin olaraq platformada 294 namizədin iştirakı təsdiq edilib.

 

https://www.sim.edu.az/

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #SİM #platforma #məktəbidarəçiləri


Açar sözlər: