“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekofestivalda Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovu, icra başçısı aparatının məsul işçilərini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərini və ictimaiyyət nümayəndələrini Lənkəranda fəaliyyət göstərən təhsil müəssisələrinin pavilyonu ilə tanış edib.
Ekofestivala sənaye, kənd təsərrüfatı emalı, milli parklar, mədəniyyət, idman, turizm və təhsil müəssisələri öz pavilyonları ilə qatılıblar. Festivalda yerli istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar, milli və yerli mətbəx nümunələri, sitrus meyvələri, çay, yerli sənətkarların əl işlərindən ibarət məhsullar nümayiş olunub. “Nənələr” və “Babalar” folklor rəqs qrupları və digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim edilib.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Ekofestival” Lənkəran Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilib. Festival çoxsaylı yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanıb.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #YaşılDünyaNaminəEkofestival #YaşılDünyaNaminəHəmrəylikİli