11.10.2024

Lənkəranda təhsil müəssisələrinin rəhbərləri müxtəlif mövzular üzrə təlimlərə cəlb olunublar.

Lənkəran rayonu üzrə ümumi təhsil müəssisələrinə son 3 ildə məktəb direktoru vəzifəsinə təyin olunmuş şəxslərə “Ümumtəhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması”, “Maliyyə savadlılığı”, “Məktəb sənədlərinin elektron tərtibatı”, “İctimaiyyətlə əlaqələr və sosial medianın idarə edilməsi” və “İKT bacarıqlarının inkişaf etdirilməsi” mövzularında təlimlər keçirilib.

 

4 gün ərzində keçirilən təlimlərdə 22 məktəb direktoru iştirak edib. Təlimlər zamanı adıçəkilən mövzulara dair yeni bilik və bacarıqlar aşılanıb, geniş müzakirələr aparılıb, situativ tapşırıqlar icra edilib, eləcə də vacib məsələlərlə bağlı direktorların üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq tövsiyələr verilib.

 

Qeyd edək ki, təlimlərin Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #LənkəranRayonuÜzrəTəhsilSektoru #təlim #inkişaf


Açar sözlər: