01.10.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində cari tədris ilinin ilk dərs günü keçirilib.

İcma əsaslı məktəbəqədər təhsil qrupları artıq 5 ildir ki, fəaliyyət göstərir.

 

Layihənin məqsədi məktəbəqədər təhsilə əlçatanlığı artırmaq, məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməkdir.

 

Eyni zamanda uşaqların akademik uğurları, sosial bacarıqlarının inkişafı üçün valideyn-məktəb arasındakı əməkdaşlığı, kommunikasiyanı yaxşılaşdırmaqdır.

 

Bu qrupların fəaliyyəti nəticəsində 3-5 yaşlı uşaqların idrak, sosial-emosional və digər bacarıqlarının artırılması, həmçinin onların formal təhsilə daha hazırlıqlı olmasının təmin edilməsi əsas hədəflərimizdəndir.

 

Qeyd edək ki, İdarəmizin tabeliyindəki 129 ümumtəhsil məktəbində 157 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MəktəbəqədərTəhsil #icma


Açar sözlər: