26.09.2024

Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır.

İdarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir.

 

Yeni tədris ilinin başlanğıcında 2 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib istifadəyə verilib.

 

Lənkəran rayonu F.Əliyev adına Günəhir kənd tam orta məktəbinin binasının mövcud vəziyyəti barəsində məlumatlıyıq. Ümumi təhsil müəssisəsinin binasına baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib. Bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Qeyd edək ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Günəhir #açıqlama


Açar sözlər: