Yeni tədris ilinin başlanması ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lənkəran rayonu üzrə təhsil sektorunun əhatə dairəsində yerləşən ümumi təhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüş zamanı ötən tədris ilinin, IV, VI, IX və XI siniflərin monitorinq nəticələri, o cümlədən, buraxılış və qəbul imtahanlarının nəticələri müzakirə edilib. Direktorlara 2024-2025-ci tədris ili üçün qarşıya qoyulmuş məqsədlər, dərs bölgüsü, şagirdlərin davamiyyəti, sinif şəbəkələrinin formalaşdırılması, vətəndaş məmnunluğu və ümumilikdə tədris prosesi ilə bağlı qanunamüvafiq tövsiyə və tapşırıqlar verilib.