21.09.2024

Cəlilabadda xarici dil müəllimləri üçün təlim keçirilib.

Gənc Xarici Dil Müəllimləri Birliyi təşkilatçılığı ilə DİM-in eksperti və ARTİ-nin əməkdaşı, təlimçi Tahir Haşimi tərəfindən “Effektiv təlim metodları: Müasir yanaşmalar” mövzusu üzrə təlim baş tutub.

 

Təlimdə Cəlilabad rayonu üzrə müxtəlif məktəblərin 35-dən çox xarici dil müəllimi iştirak edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova təhsilverənlərin sertifikasiya imtahanında uğur qazanan müəllimlərin müsahibə mərhələsi üzrə öz tövsiyələrini verib, suallarını cavablandırıb.

 

Təlimin sonunda aktiv iştirak edən müəllimlərə kitab hədiyyə edilib.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Cəlilabad #EffektivTəlimMetodları #MüasirYanaşmalar #təlim


Açar sözlər: ,