Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad rayonunda şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüşüb, onlarla çay süfrəsi ətrafında həmsöhbət olub. Səmimi görüş zamanı Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla anılıb, dövlət tərəfindən şəhidlərin ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıdan danışılıb.
Sonda Bilik Günü və gənc nəslin təlim-tərbiyəsindəki fəaliyyətinə görə fəxri fərmanla təltif olunublar:
İbrahimov Zeynəddin Tapdıq oğlu (Cəlilabad rayonu Hacıcavad kənd ümumi orta məktəbinin müəllimi)
Səyyad Şəhla Arzuman qızı (Cəlilabad rayonu Ocaqlı kənd Ş.Nəzərov adına 1 nömrəli tam orta məktəbinin müəllimi)
Nədirov İlqar Əli oğlu (Cəlilabad rayonu Kövüzbulaq kənd 1 nömrəli tam orta məktəbinin müəllimi)
Qiyasov Telman Feyruz oğlu (Cəlilabad rayonu Maşlıq kənd N.Alışanov adına
tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini)
Əmirov Şəmsəddin Dəhəzxan oğlu (Cəlilabad rayonu Vənlik kənd ümumi orta məktəbinin müəllimi)