16.09.2024

Cəlilabadda cari tədris ilində yeni məktəb istifadəyə verilib.

Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

.

Qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Məktəbin yeni binası 130 şagird yerlikdir. 8 sinif otağından, 1 kitabxanadan, 1 müəllimlər otağından, 1 direktor otağından ibarət təhsil müəssisəsinin həyətində 1 geniş otaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub. Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə çəpərləmə və asfaltlama işləri aparılıb, o cümlədən yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Cəlilabad #yeniməktəb


Açar sözlər: ,  ,  ,