10.09.2024

Masallı rayonunda Qəzvinoba kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

Qonaqlar əvvəlcə təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.

 

Bildirilib ki, məktəbin yeni binası 180 şagird yerlikdir. Üç mərtəbədən ibarət təhsil müəssisəsi sinif otaqları ilə yanaşı fizika, kimya və biologiya laboratoriyaları, idman zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb otaqları və həyətyanı stadionla təchiz edilib.

 

Qeyd edək ki, məktəb Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncamına uyğun olaraq tikilib.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #Masallı #yeniməktəb


Açar sözlər: ,  ,