Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov yeni tədris ilində tam orta təhsil səviyyəsi üzrə təhsil alacaq şagirdlər və onların valideynləri ilə görüşüb.
25 kənd məktəbinin şagirdlərinin iştirak etdiyi görüşün əsas mövzusu Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbin yenidən təşkil edilməsi haqqında olub. Yenilənmiş məktəbin şagird və müəllimlər üçün qəbul qaydaları, təhsil imkanları və qarşıya qoyulan məqsədlər barədə məlumat verilib. Sonda görüş iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və daha çox bal toplamış şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
► https://forms.gle/rkhW1aCKtaBxburSA
Uğurlu gələcəyə yeni məktəbinlə!