Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi, "Nərdivançı" sosial müəllim layihəsinin təşkilatçılığı ilə həyata keçirilən "STEAM layihə əsaslı dərs" mövzusunda təlimin yekun tədbiri Lənkəran STEAM Mərkəzində baş tutdu.
Tədbirdə qonaqların çıxışları dinlənildi, "Nərdivançı" layihəsi haqqında geniş məlumat verildi, layihənin 4 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirildi.
Daha sonra iştirakçılar STEAM Mərkəzi ilə tanış edildi, praktik fəaliyyətlər icra olundu.
Tədbirin sonunda təlimdə iştirak edib bütün tapşırıqları uğurla yerinə yetirən müəllimlərə sertifikatlar təqdim olundu, xatirə fotoları çəkildi.