30.08.2024

Lənkəranda şagird və valideynlərlə görüş keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev yeni tədris ilində tam orta təhsil səviyyəsi üzrə təhsil alacaq şagirdlər və onların valideynləri ilə görüşüb.

 

Görüşün əsas mövzusu Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbin yenidən təşkil edilməsi haqqında olub. Yenilənmiş məktəbin şagird və müəllimlər üçün qəbul qaydaları, təhsil imkanları və qarşıya qoyulan məqsədlər barədə məlumat verilib. Sonda görüş iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.

 

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və daha çox bal toplamış şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/rkhW1aCKtaBxburSA

 

Sözügedən təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən, qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik:

► https://forms.gle/v3DNbq4RWDWitWVN6

 

Uğurlu gələcəyə yeni məktəbinlə!

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #tədbir #görüş #yenilik


Açar sözlər: ,  ,  ,