17.08.2024

Lənkəranda "İxtisas bələdçisi" forumu keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı Lənkəran-Astara Regional Məşğulluq filialının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “İxtisas bələdçisi” forumu keçirilib.

 

Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə baş tutan forumda 130 abituriyent və onların valideynləri iştirak ediblər.

 

Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun açılış nitqi ilə başlayıb. İdarə rəsmisi ixtisas seçimi ilə bağlı abituriyentlərlə öz təcrübəsini bölüşüb və tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıb. Sonra isə Lənkəran-Astara Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Mehman Bağışzadə çıxış edərək #ixtisasseçimi zamanı diqqət yetirməli məqamlardan və forumun məqsədindən danışıb.

Tədbir 2 panel və 1 peşə vörkşop hissəsindən ibarət olmaqla keçirilib.

 

İlk paneldə Toğrul Ələkbərov, Ülvi Həsənzadə, Murad Akifsoy, Fərid Məmmədli, Ülkər Hüseynova çıxış edərək düzgün ixtisas seçiminin əsasları, uğurlu ixtisas seçiminin sirləri, ixtisas seçiminin psixoloji aspektləri kimi mövzularda məlumat veriblər.

 

Forumun ikinci hissəsində isə eskpertlər hər bir ixtisas qrupu üzrə əmək bazarında aktual olan peşə və ixtisaslar barədə forum iştirakçılarına məlumat verib və onların suallarını cavablandırıblar.

 

Tədbirin peşə vörkşopu hissəsində Gənclər evi, “Alo Karyera” dəstək xidmətinin, rəssam, müəllimlik, dizayn, həkimlik kimi sahəsinin peşə vörkşopu keçirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #DövlətMəşğulluqAgentliyi #LənkəranAstaraRegionalMəşğulluqFilialı #workshop


Açar sözlər: