08.08.2024

Qızıl və gümüş nişana layiq görülmüş məzunlarla görüş keçirilib.

Qızıl və gümüş nişana layiq görülmüş məzunlarla görüş keçirilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ümumi təhsilini xüsusi nailiyyətlərlə başa vuran məzunlarla görüşüb. Səmimi görüş zamanı məzunların təhsil və sosial həyatı, ixtisas seçimləri və gələcək planları müzakirə olunub, fərdi inkişafları, cəmiyyətə faydalı vətəndaş olmaları və ali təhsillə bağlı müəyyən tövsiyələr verilib.

 

Sonda isə məzunlara nişanlar və İdarə tərəfindən hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2023-2024-cü tədris ilinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 6-sı qızıl, 2-si isə gümüş nişana layiq görülüb:

► Fərəczadə Nübar Mübariz qızı (Lerik şəhər A.Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin məzunu) - qızı medal

► Həbibli Ülvi Vahab oğlu (Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəb) - qızıl medal

► Rüstəmli Rəşid Heydər oğlu (Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey) - qızıl medal

► Şirinli Məlahət Rafiq qızı (Lənkəran rayon Şürük kənd tam orta məktəb) - qızıl medal

► Şükürlü Rita Elpay qızı (Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli texniki-riyaziyyat təmayüllü lisey) - qızıl medal

► Şükürova Gülər Ramid qızı (Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəb) - qızıl medal

► Fətəliyeva Səhər Emin qızı (Astara rayon Şağlazüzə kənd tam orta məktəb) - gümüş medal

► Həşimov Əli Azər oğlu (Masallı rayon Mahmudavar kənd tam orta məktəb) - gümüş medal

 

Təbrik edirik və müvəffəqiyyətlər arzulayırıq!

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #ÜmumiTəhsil #Təltif #QızılNişan #GümüşNişan

 


Açar sözlər: ,  ,