24.06.2024

21, 22 və 24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 3 gün davam etdi.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və müdir müavini Rəhim Rəhimov sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak edəcək müəllimlərə imtahan prosesindən əvvəl uğurlar arzulayıb.

 

Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat 15 may tarixində iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırma prosesinin 21, 22 və 24 iyun tarixlərində keçiriləcək test imtahanı mərhələsinə 1930 nəfər təhsilverən cəlb olunub.

 

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.

 

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

 

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #ARTİ #MÜTDA #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM


Açar sözlər: ,