14.06.2024

Lənkəranda tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüş keçirilib.

Lənkəranda tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı maarifləndirici görüş keçirilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilməsi nəzərdə tutulan diaqnostik qiymətləndirməyə dair görüş təşkil edilib. Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə regional idarənin və rayonlar üzrə təhsil sektorlarının əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və metodist müəllimlər iştirak ediblər.

 

Maarifləndirici görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşı Hüseyn Hüseynov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov diaqnostik qiymətləndirmənin məqsədi, çərçivə sənədi və digər texniki məsələlər haqqında ətraflı məlumat verib, ona ünvanlanmış sualları cavablandırıb.

 

Görüşdə diaqnostik qiymətləndirilməsi nəzərdə tutulan pedaqoji heyətə dəstək məqsədilə simulyativ imtahanın keçiriləcəyi qeyd olunub.

 

#LənkəranAstaraRTİ #MÜTDA #MəktəbəqədərTəhsil #TərbiyəçiMüəllim #DiaqnostikQiymətləndirmə