Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Lerik rayon Çayrud kənd E.Səfərov adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.
Regionumuzda keçirilən “Son zəng” tədbirlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin, rayonlar üzrə təhsil sektorlarının müdirləri və əməkdaşları, rayon icra hakimiyyətlərinin əməkdaşları, məzunlar, valideynlər, müəllimlər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, 2023─2024-cü tədris ilində Lənkəran-Astara RTİ-nin tabeliyindəki məktəblərin IX siniflərini 11156, XI siniflərini isə 7641 şagird bitirib.
Əziz məzunlar, yeni həyat mərhələsində və təhsil pilləsində hər birinizə müvəffəqiyyətlər arzulayırıq!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #TKTA #ÜmumiTəhsil #SonZəng