11.06.2024

Lənkəranda “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verildi.

Layihənin ilk günündə 600-ə yaxın şagird Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” tamaşasını izlədi.

 

Layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

 

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MəktəblilərÜçünTeatrPedaqogikası #Haqqın44Günü


Açar sözlər: ,