08.06.2024

"Gələcəyini Qarabağ Universiteti ilə qur!" - Astara və Yardımlıda məzunlarla görüş

Astara və Yardımlıda cari tədris ilində ümumi təhsil məktəblərinin XI sinfini bitirərək buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərmiş məzunlarla görüş olub.

 

Görüşdə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə qəbulla bağlı məlumat xarakterli təqdimat edilib. 2024-2025-ci tədris ilində fəaliyyətə başlayacaq universitetdəki üstünlüklər, tələbələr üçün yaradılan şərait və qəbul aparılacaq ixtisaslar haqqında geniş məlumatlar verilib. Astara və Yardımlı rayonları üzrə təhsil sektorunun müdirləri və əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər görüşdə iştirak ediblər.

 

Qeyd edək ki, universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.

 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #QarabağUniversiteti #YardımlıRayonuÜzrəTəhsilSektoru #AstaraRayonuÜzrəTəhsilSektoru


Açar sözlər: ,  ,  ,  ,