Budəfəki görüşlər Lənkəran və Masallıda cari tədris ilində ümumi təhsil məktəblərinin XI sinfini bitirərək buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərmiş məzunlarla olub.
Görüşlərdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov və baş məsləhətçi Namiq Aslanov Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlər və təhsil alanların yiyələnə biləcəyi ixtisaslar barədə məlumat veriblər. Həmçinin sözügedən universitetdə təhsilalanlar və akademik heyət üçün fərqli, müasir mühitin formalaşdırılacağı iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. İlk mərhələdə universitetdə təxminən 1000 tələbənin təhsil alması planlaşdırılır.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #QarabağUniversiteti #LənkəranRayonuÜzrəTəhsilSektoru #MasallıRayonuÜzrəTəhsilSektoru