Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 1 namizəd iştirak etmək hüququ qazanıb.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MəktəbəqədərTəhsil #müsahibə