Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022−2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İş Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbir keçirilib. Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin, rayonlar üzrə təhsil sektorlarının və prokurorluğun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbir zamanı korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat verilib. Korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlar haqqında söhbət aparılıb.
Tədbirdə həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları” və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə kollegiya qərarından irəli gələn məsələlər müzakirə edilib.
Tədbirin sonunda görüş iştirakçılarını maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
#LənkəranAstaraRTİ #KorrupsiyayaQarşıMübarizə #EtikDavranışQaydaları #görüş #tədbir